Xalq artisti Emin Ağalarov 14 yaşı oğulları Əli və Mikayılın işləməsindən danışıb.

Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, müğənni Bakıda sahibi olduğu istirahət mərkəzində oğulları Əli və Mikayılın balaca mağazası olduğunu deyib.

"14 yaşları var, ikisi də çalışır. Onlar ayda bütün xərcləri çıxandan sonra 3 min dollar qazanırlar", - Emin bildirib.