BAKI, 13 avqust. TELEQRAF

“Ukraynanın Novosibirskdəki hərbi limana çox uğurlu zərbə endirdiyi vaxtda İvanişvili işğal edilmiş Abxaziya üzərindən Rusiyaya benzin tədarük edir. “Gürcü arzusu” açıq şəkildə çox böyük xəyanətə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Böyük əziyyətlə qurulmuş bugünkü Gürcüstan dövlətinin ləğvinə hazırlıq görülür. Belə bir vəziyyətdə partiya mənsubiyyətinin, siyasi və şəxsi fikir ayrılıqlarının heç bir əhəmiyyəti yoxdur - bütün vətənpərvərlər bir araya gəlməli, ümummilli xilas dalğası yaratmalı və bunları hakimiyyətdən süpürüb atmalıyıq. Çünki artıq Gürcüstanın məhv edilməsinin son mərhələsinə keçiblər. Sonra isə bəzilərimiz vətənsiz mühacirətdə, bəzilərimiz də həbsxanada olacaq. O zaman “sən onda bunu niyə etmədin”, “sən bunu niyə belə dedin” kimi mənasız çəkişmələrlə məşğul olacağıq”, - sabiq prezident bildirib.