BAKI, 13 avqust. TELEQRAF
Yaponiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Moskvaya sərt etiraz edərək, Kuril arxipelaqının cənub hissəsini “yaponların əzəli torpaqları” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Sanae Takaiçi jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı qəti etirazımızı bildirmişik”, - o qeyd edib.
Takaiçi vurğulayıb ki, Kuril adalarının cənub hissəsində yerləşən bütün ərazilər, o cümlədən İturup adası, həm tarixi, həm də hüquqi baxımdan Yaponiyanın əzəli ərazisidir.
Yaponiya hökumətinin başçısı həmçinin bildirib ki, Putinin Kuril adalarına səfəri Tokionun mövqeyinə tamamilə ziddir və bu səfər yapon xalqının hislərini yaralayıb.