Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsində olan Afət Fərmanqızı bu gün hava limanında saxlanılaraq məhkəməyə aparılıb.

Teleqraf.com-un məlumatına görə, Afət Fərmanqızı aidiyyəti üzrə məhkəməyə təhvil verilib.

Qeyd edək ki, müğənni bu gün səhər saatlarında Moskva-Bakı reysi ilə Azərbaycana gəlib.

Binəqədi rayon Məhkəməsi Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində həbssiz axtarış elan edib.