Ölkəmizi "Tell me more” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən Tural və Turan Bağmanov qardaşları səfərə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Tural və Turan Bağmanov qardaşları aprelin 3-də İsrailin paytaxtı Tel-Əvivdə səhnəyə çıxacaqlar.

Təmsilçimiz aprelin 15-də Amsterdamda səhnə alacaqlar. Aprelin 16-da isə Londonda “Avroviziya” partisinə qatılacaqlar.

Qeyd edək ki, yarışma Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də baş tutacaq.