Xalq artisti Flora Kərimova Londonda yaşayan qızı Zümrüd Şəfiyeva və qudası ilə "Xəzər axşamı" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zümrüd Şəfiyeva oğlundan danışıb: "Loren Londonda doğulub. Dörd aylıqdır".

Xalq artistinin qızı İngiltərədə psixologiya sahəsində çalışırdığını deyib: "Ana olduqdan sonra işləmirəm. Bir ildən sonra yenidən fəaliyyətimi davam etməyə çalışacam".

Flora Kərimovanın qudası isə Zümrüd Şəfiyevanı çox sevdiyini dilə gətirib: “Mən qayınana deyiləm, Zümrüdün anasıyam. O mənim üçün dünyanın ən gözəl qızıdır. Eləcə də nəvəm Loren dünyanın ən yaxşısıdır".

Qeyd edək ki, Zümrüd Şəfiyeva ikinci dəfə ailə qurub.