Jurnalist Ülviyyə Alovlu xalq artisti Flora Kərimovanı məhkəməyə verib.
Flora Kərimova Teleqraf.com-a açıqlamasında Ülviyyə Alovlunun onu məhkəməyə verməsinə münasibət bildirib.
“Ülviyyə Alovlu vaxtında dilinə sahib olmalı idi. O, bunun altından necə çıxacaq?! Adamın üzünə durmaqla deyil ki... Hakim bizi barışdırmaq istəyirdi, mən hakimə açıq məktub yazdım. Ülviyyəyə haqqımdakı sözləri keçmək, namusumdan keçmək deməkdir. Ülviyyə, sən danış, istədiyin qədər məni söy, sonra da de ki, nə dedim? Üç dəfə ekpertiza rəyi olub, onun altından necə çıxacaqsan?! Qeyri-etik sözlərinin ağırlığından necə çıxacaqsan? Məsuliyyətini dərk et! Ağzın deyən sözü qulağın eşitsin, ağlın da dərk etsin ki, bunun nəticəsi nə ola bilər Afətlərdən (Afət Fərmanqızı) tutmuş, Ülviyyələrə qədər heç kimə heç nəyi keçməyəcəm. Döyüşürəm və döyüşəcəyəmm. Məhkəməyə məni söyməyinlə gələcəksən?", - Flora Kərimova qeyd edib.
Xalq artisti məhkəməyə üç ekspertizanın rəyi ilə qatılacağını vurğulayıb: "Niyə öz evini yıxırsan!? Özünə yazığın gəlmir? Cavab verə biləcəksən? Üç ildir ki, gizlənirsən. Flora imkan verər ki, dediklərin üzərimdə qala?.. Gəl, mənim əxlaqsızlığımı məhkəmədə sübut elə. Haqqımda nalayiq sözlər işlətmisən, sənə bunu keçim?".
Qeyd edək ki, ilk baxış iclası Nəsimi rayon məhkəməsində hakim Solmaz Mustafayevanın rəhbərliyi ilə avqustun 2-də keçiriləcək.