Xalq artisti Flora Kərimova oğul nənəsi olub.
Flora Kərimova Teleqraf.com-a açqılamasında qızı Zümrüd Şəfiyevanın övladının dünyaya gəldiyini bildirib: "Allah subaylarımıza qismət eləsin. Ürəyimdə o qədər sözlər qaynayır ki... Nəvəm bir neçə müddət əvvəl olub. Ancaq Zümrüd məndən gizlədirdi. Əmin olmaq istəyirdi ki, hər şey yaxşıdır. O zərbəni bir daha yaşamağımı istəmirdi. Ürəyim partlayırdı, nigaran idim.
Oğluma zəng edirdim ki, təsəlli versin. Allaha qurban olum. Qıymadı... Bu dəfə məni sındırmadı. Elə qəşəng baladır ki... Adını hələ qoymamışıq. Qızımın qaynanası diribaş adamdır. Adı o qoyacaq. Məni təbrik edənlərə çox sağ ol deyirəm. Onlara Allahdan can sağlığı arzu edirəm".
Qeyd edək ki, Zümrüd Şəfiyeva Londonda yaşayır.