"Biz valideynlər uşaqlarımızın kiçik və böyük əməyini, nailiyyətini necə ölçürük, öz marağımızla? Mən deyən olmalıdır, yanaşması ilə?.. Yoxsa onun seçiminə göstərdiyimiz anlayışla? Nə qədər gec deyil düşünək, uşağımızı xoşbəxt görmək istəyirikmi? Bu yolda ona ciddi dəstək vermək istəyirikmi?.."
Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda video paylaşan xalq artisti Tünzalə Ağayeva deyib:
"Test imtahanlarında fəlakətlər baş verir, sən niyə 400-500 bal yığmadın? Bu uşağın canından əl çəkin. Soruşursunuz ki, ay uşaq, özünü necə hiss edirsən? Gecə-gündüz müəllim yanında öldü. Bəli, uşaq işləməlidir, çalışmalıdır, təhsil dalınca getmək lazımdır.
Amma bu uşaq az bal toplayıbsa, valideynin bəhrəsini verməyibsə, özünü asmalıdır!? Bu, faciədir, biz dayanmalıyıq, uşaqların üstünə getməməliyik".