Meyxanaçı Aqşin Fateh şəriki olduğu Füzuli Alıyev ilə dava etməsinə münasibət bildirib
Aqşin Fateh Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Restoran mənim adıma olub, onlar orada oğurluq, əyrilik və başqa işlərlə məşğul olduqlarına görə ortaqlığa son qoymaq qərarını verdim. Onlar da gördülər ki, hər şey əldən çıxır, son variant olaraq şərləmək və dava etmək istədilər. Mən öz evimdə necə dava sala bilərəm?! Restoran mənim adımı daşıyır. İşçilər mənim işçilərimdir. Mən onlara demişəm ki, müqaviləni adınıza keçirib çıxıram. Biz mallarımızı götürüb çıxmaq istəyəndə onlar dava salıblar. Mən gül satan qızın üstünə beş nəfərlə bıçaq çəkən bir insanam? Gül satan qız ilə nə işim var? Sadəcə qadın simvolundan istifadə ediblər ki, Aqşinin üstünə şər atsınlar. Şərikim dostum deyil. Gördüm ki, sağlıqlı insanlar deyillər, ayrılmaq istəyəndə isə belə dava saldılar. Onların bizə 3800 bir, 8000 bir pul verməlidirlər. Bizim məhsullar hələ də oradadır. İstintaq gedir və qərarı gözləyirik. İndi biz onları şikayət edəcəyik. Bu vaxta qədər ayıbdır deyib şikayət etməmişdik".