“Avroviziya-2022” təmsilçimiz Nadir Rüstəmli İnstaqram hesabı işlətməsinə qadağa qoyulması haqda yayılan videoya münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Nadir Rüstəmli İnstaqramda video paylaşıb.
O, qeyd edib ki, “Avroviziya-2022” müsabiqəsinin komandası tərəfindən ona qadağa qoyulmayıb: “Videonun bir hissəsini görmüsünüz. Bütün təmsilçilərdə belədir. Onlara deyirəm ki, Belçika təmsilçisi Ceremi İnstaqramdan istifadə edir. Heyət isə bildirir ki, bəlkə də belə ola bilər.
Mənə səbəbini izah etdilər. Amma soruşduğum sözlər videoda düşməyib. Videonun axırında onlar mənə izah edirlər. Bir az kobud səslənsə də bunu deyəcəm. Mən uşaq deyiləm və heç kim də cürət etməz ki, nəyəsə qadağa qoysun.
Komandamız rahatlığımı təmin edirlər, buna görə çox sağ olsunlar. Avroviziya təmsilçisiyəm və müəyyən öhdəliklərim var. Müqavilənin şərtlərini oxuyuram və bəndlərini qəbul edərək müqaviləyə imza atıram. Müqavilədə bilmədiyim nüanslar var, videoda da onları soruşuram. Onlar da deyirlər ki, restorandayıq və bəlkə burada danışmayaq.
Haqqımda rəy yazırlar ki, Nadiri sıxışdırırlar. Biliirəm ki, məni sevdiyinizdən belə deyirsiniz. Amma düşünün ki, mən pis vəziyyətdə qalıram. Səhv başa düşülürəm. Elə görünürəm ki, şikayətlənirəm. Xeyr, mən narazılıq etmirəm. Sadəcə öyrənməyə çalışırdım və öyrəndim”.
Nadir Rüstəmli “Avroviziya-2022” mahnı müsabiqəsində səhnə geyiminin Türkiyədə hazırlandığını deyib: “Yaxın günlərdə səhnə geyiminə görə İstanbula gedəcəyik”.