Binəqədi rayon Məhkəməsində bəstəkar-müğənni Cabbar Musayevin müğənni Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında qaldırdığı şikayətə baxılıb.
Dəniz Əsədova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Günahımı etiraf etmişəm, təhqirə yol vermişəm. 21 gün ərzində Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəm. Cəzamın cərimə ilə əvəzlənməsini istəyirəm”.
Qeyd edək ki, Cabbar Musayev Dəniz Əsədovanın onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə verib. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən ifaçı aylıq qazancından ona dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.