Müğənni İlahə Fəda ARB televiziyasında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İlahə Fəda bu sözləri qeyd edib: "Həyatımda kimsə yoxdur. Yaşama səbəbim anamdır. Övladım yoxdur və bunu özümə dərd etmirəm. Mən nə qədər dərd çəkim?! Övlad dərdini, olmayan şeyin dərdini niyə çəkim? Heç ürəyim də sızlamır. Hətta arada Allaha şükür edirəm ki, övladım yoxdur. Çox ağır zəmanədir. Nəsə olardı...

Bəlkə də gənc başlarında övlad arzulamışam. Səhnəyə oxumağa başım qarışıb, yadımdan çıxıb. Sonra da gördüm ki, artıq gecir".