Qaraciyər sirrozundan əziyyət çəkən aparıcı-aktyor Elvin Ağayevin səhhəti pisləşib.

Bu haqda Teleqraf.com-a açıqlamasında Elvin Ağayevin həyat yoldaşı Elvina Ağayeva deyib:

“Vəziyyəti çox ağırdır. Günü-gündən də ağırlaşır. Sevdiyim insanı itirmək istəmirəm. Bilirəm ki, Elvini və bizi sevənlər dəstək olacaq. O, artıq ümidsizliyə qapanıb. Onun üçün 90 min manat lazımdır".