Şəhərdə parklanma yerlərindən şikayətçi olan Xəzər televiziyasının aparıcısı Tural Əsədova reaksiya verilib.

Teleqraf.com xəbər verir ki, Tural Əsədov bu haqda İnstaqramda məlumat verib: “Bakı Nəqliyyat Agentliyi və polisdən şikayətimə reaksiya gəldi. Məsələ həll olundu. Amma cavab verməyə də bilərdilər. Mais Ağayevdən soruşanda postu nə edim? Cavab verdi ki, özün bilən məsləhətdir, mən postu silməklə bağlı zəng etməmişəm. Mən isə yazdığımı silməyi məsləhət bilirəm”.

Qeyd edək ki, aparıcı bu sözləri qeyd etmişdi: "Yəqin ki, küçələrdə quraşdırılan parklanmaya nəzarət kameralarının sayından xəbəriniz var. Bu say günü-gündən artır. "Partapart" cərimələr gəlir. Bakı Nəqliyyat Agentliyi və polis tıxaclarla mübarizə aparır guya. Soruşanda ki, harada saxlayım? Deyirlər, kalan pul xərcləmişik, parkinq tikmişik, gedin ora. Olsun, razıyam. Parklanmanın 24 saatı 12 manatdır (Azadlıq BNA parkinq). Qonşular üçünsə güzəştli qiymət var. Bu da əla.

Gedib MKİS-dən (JEK-dən) arayış alırsan ki, mən doğrudan da qonşuyam və burada yaşayıram, güzəştli tarifdən istifadə etmək istəyirəm, tıxaclarla mübarizə aparıram. Parkinq müdiri Nadir Əliyev (inanıram ki, soyadını düz göstərdi) deyir, qeydiyyatın başqa yerədir, olmaz. Kimə istəyirsən, de. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə susur. Baxmayaraq ki, bizə verilişə dəfələrlə gəlib və gördükləri "işlərdən" ağız dolusu danışıb. Başqa kimə deyim?"