Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Mustafa Ceceli Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Müğənni konsertə başlamadan öncə tamaşaçıları salamlayıb və Azərbaycan dilində "Axşamınız xeyir. Dostlar, necəsiniz?",- deyə müraciət edib.
Alqışlarla keçən konsertdə müğənni sevilən mahnılarını səsləndirib. İfaçı gecədə Azərbaycan xalq mahnısı "Tar-kamanım, gəl, gəl" mahnısını da səsləndirib.
Konsert proqramında Mustafa Cecelinin qardaşı Sinan Ceceli də çıxış edib.