Türkiyənin məşhur müğənnisi Hadisə hamilə olması haqqında yayılan xəbərlərə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, iş adamı Mehmet Dinçerler ilə nişanlı olan Hadisə hamilə olmadığını açıqlayıb:

"Hamilə deyiləm. Öncə möhtəşəm gəlinlik paltarımı geyinim, sonra Allahın izni ilə inşallah...".