Bu gün Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimova ilə jurnalist Ülviyyə Alovlunun növbəti məhkəməsi baş tutub.

Bu barədə Teleqraf.com-a Flora Kərimovanın vəkili İlkin Ağazadə məlumat verib.

O, qeyd edib ki, Ülviyyə Niyaz qızı (Ülviyyə Alovlu) yenə məhkəməyə gəlməyib: “İş üzrə hazırlıq iclası baş tutdu. İş icraata götürüldü. Məhkəmə baxışı təyin olundu. Ülviyyə Niyaz qızı məhkəməyə gəlmədi. Növbəti məhkəmə iclasının mayın 5-i saat 16:00-da keçirilməsi ilə bağlı qərar verildi”.

Qeyd edək ki, Flora Kərimova Ülviyyə Alovlunu təhqir və böhtana görə məhkəməyə verib.