Müğənni Afət Fərmanqızı Rusiyada yaşayan iş adamı ilə evlənir.

Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda "Həmin Zaur" verilişində məlumat verib:

"Nikah mərasimini yanvarın əvvəlinə planlaşdırmışıq. Qohumlar arasında 30-40 nəfərlik məclis olacaq. Şahidlər olsun ki, Afət Fərmanqızı ailə qurdu".

Qeyd edək ki, Afət Fərmanqızı bir dəfə evli olub. Onun bir oğlu var.