BAKI, 20 fevral. TELEQRAF

2025-ci ilin yanvar ayında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 32,4 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici 2024-cü ilin yanvar ayı ilə müqayisədə 13,3 faiz çoxdur.

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz artaraq 145,9 min manat olub.