BAKI, 26 may. TELEQRAF
2027-2030-cu illərdə “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatı olan və kənd təsərrüfatı ilə məşğul sahibkarlar (ailə kəndli təsərrüfatları) arasında sığortalanmış şəxslərin sayı 25 faiz artırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda bildirilir.
Sənədə əsasən ilkin olaraq sığortadan faydalananlar üzrə cari uyğunluq meyarları və kənd təsərrüfatı üzrə sığorta məhsullarına çıxış təhlil ediləcək. Kənd təsərrüfatı sığortasının əhatə dairəsinin genişləndirilməsi üzrə təkliflər hazırlanacaq.
Layihənin əsas icraçı Kənd Təsərrüfatı Nazirliyi, digər icraçıları Maliyyə və İqtisadiyyat Nazirlikləri olacaq.