BAKI, 26 may. TELEQRAF
Azərbaycanda ölkə üzrə intensiv bağların sahəsinin 70 min hektara çatdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.
Layihə çərçivəsində intensiv bağçılığın genişləndirilməsinə yönəlmiş müxtəlif dövlət dəstəyi tədbirlərinə dair yenilənmiş təkliflərin işlənməsi və icrasına başlanması nəzərdə tutulur.
Qeyd edək ki, layihə üzrə əsas icraçı qurum Kənd Təsərrüfatı Nazirliyidir.