BAKI, 26 may. TELEQRAF

Azərbaycanda aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Aqrar sığorta mexanizmi çərçivəsində təminat verilən sığorta predmetlərinin və risklərin tərkibinin bitkiçilik, heyvandarlıq və balıqçılıq üzrə genişləndirilməsi istiqamətində təkliflər hazırlanaraq müvafiq normativ hüquqi aktlar qəbul ediləcək.

Qeyd edək ki, layihə üzrə əsas icraçı orqan Aqrar Sığorta Fondu, digər icraçı qurum isə Kənd Təsərrüfatı Nazirliyidir.