BAKI, 26 may. TELEQRAF

Azərbaycanda fermerlərin güzəştli kreditlərə çıxışının yaxşılaşdırılması, kredit, zəmanət və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.

Layihə çərçivəsində ilkin olaraq fermerlərin kredit resurslarına çıxışı ilə bağlı cari vəziyyət qiymətləndiriləcək.

Eyni zamanda fermerlərin güzəştli kreditlərlə təminatının yaxşılaşdırılması üçün mexanizmlərin işlək vəziyyətə gətirilməsi, eləcə də yeni mexanizmlərin hazırlanması, bununla da onlar üçün maliyyə resurslarına əlçatanlığın artırılması nəzərdə tutulur.