BAKI, 25 may. TELEQRAF

Azərbaycanda iqlim dəyişikliklərinə həssas regionlar üzrə erkən xəbərdarlıq sistemi qurulacaq.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.

Layihə üzrə ilkin olaraq 2 prioritet zona üzrə risk qiymətləndirməsi aparılacaq. Daha sonra erkən xəbərdarlıq sistemi 3 regionda tətbiq ediləcək. Sonda isə prioritetləşmiş regionlar üzrə erkən xəbərdarlıq sistemləri qurulacaq.

Layihə üzrə əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyi, digər icraçı qurumlar isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.