BAKI, 25 may. TELEQRAF
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində milli at cinslərinin yetişdirilməsi və qorunması məqsədilə müasir atçılıq zavodu tikiləcək.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə "Qarabağ", "Dilbaz" və digər yerli at cinslərinin təmizqanlılığının, genetik irsinin qorunması üçün kompleks tədbirlər görəcək. Proqram çərçivəsində cins atların genetik analizlərinin aparılması, onların identifikasiya edilərək elektron uçot sisteminə inteqrasiyası, damazlıq kitabının hazırlanması və azad olunmuş bölgədə atçılıq zavodunun qurulması təmin ediləcəkdir.