Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Teymur Tofiq oğlu Məmmədov dələduzluqla üzləşib.

Sabunçu rayon Polis İdarəsinə müraciət edən Teymur Məmmədov bildirib ki, 2012-ci ilin avqust aynıda Ənvər adlı şəxs onun etibarından sui-istifadə edərək 50 min avro alaraq qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov