BAKI, 29 aprel. TELEQRAF
İranın paytaxtı Tehranda ali dini lider Müctəba Xameneiyə sədaqətini nümayiş etdirmək üçün yürüş keçirilib.
Teleqraf xəbər verir ki, İmam Hüseyn meydanından başlayan və Azadi meydanına qədər uzanan yürüşə on minlərlə iranlı qatılıb.
Yürüş iştirakçıları ABŞ və İsrailə qarşı şüarlar səsləndirib, ABŞ Prezidenti Donald Trampın karikaturalarının əks olunduğu plakatlar qaldırıblar.
İmam Hüseyn meydanında qurulmuş səhnədə hərbi geyimli uşaqlar hərbi marşlar oxuyublar.
Yürüşün keçirildiyi küçələrdə raket modelləri nümayiş etdirilib.
Yeni liderə sədaqət şüarlarının səsləndirildiyi yürüş zamanı İmam Rzanın mövludunun ildönümü də qeyd edilib.