BAKI, 9 oktyabr. TELEQRAF

Gürcüstan nəqliyyat əlaqəliliyi baxımından Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi çərçivəsində mühüm rol oynayır.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

"Layihənin gələcəkdə necə inkişaf etməsindən və yolların hansı ölkələrdən keçməsindən asılı olmayaraq, bu, regional əməkdaşlıq kontekstində Gürcüstan üçün vacib və faydalıdır", – deyə xarici işlər naziri bildirdi.

O qeyd edib ki, Gürcüstan strateji cəhətdən mühüm mövqedə yerləşir. Bura Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxış imkanı da daxildir.