BAKI, 9 oktyabr. TELEQRAF

Belçikada həyat səviyyəsinin aşağı düşməsinə etiraz olaraq keçirilən icazəli mitinq zamanı toqquşmalar baş verib.

Teleqraf xəbər verir ki, polis Brüsselin bəzi ərazilərində su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib .

Nümayişdə təxminən 50 min nəfər iştirak edib. Təhsilin maliyyələşdirilməsini məhdudlaşdıran islahatlara etiraz edən çoxsaylı tələbə və məktəb təşkilatları etiraz aksiyasına qoşulub.