BAKI, 9 oktyabr. TELEQRAF
BƏƏ-nin baş prokuroru Həməd Saif əl-Şəmsi bildirib ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin ikinci pilotu İsrailin Ben Qurion hava limanında terror aktı törətməyi planlaşdırıb.
Teleqraf BƏƏ-nin informasiya agentliyi WAM-a istinadən xəbər verir ki, Oman vətəndaşı olan ikinci pilot əvvəlcədən planlaşdırılmış terror aktı törətməyə cəhd edib. O, təyyarənin idarəsini ələ keçirib, maksimum sayda itki vermək məqsədilə Təl-Əvivdəki Ben Qurion hava limanının sərnişin terminalında intiharçı hücumu həyata keçirmək niyyətində olub.
Pilot ekipaj və sərnişinlər tərəfindən zərərsizləşdirilib, bundan sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib.
Pilot etiraf etdi və tək hərəkət etdiyini bildirdi.