BAKI, 9 oktyabr. TELEQRAF
Moldova hakimiyyəti Dnestr çayında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar hidroloji "qırmızı kod" elan edib.
Teleqraf xəbər verir ki, xəbərdarlıq 10-16 oktyabr tarixlərində qüvvədə olacaq.
"Dnestr çayı üçün "qırmızı kod" xəbərdarlığı qüvvədədir. Su axınının həcmi aylıq orta göstəricinin təxminən 20%-ni təşkil edir. Naslavça-Kamenka hissəsində bu göstərici Ukraynadakı Dnestr su anbarından buraxılan suyun həcmindən asılı olaraq 20%-dən aşağı düşə bilər. Xəbərdarlıqlar daha kiçik çaylara da şamil edilir. Biz ictimaiyyəti və biznes subyektlərini su ehtiyatlarından səmərəli istifadə etməyə çağırırıq", – deyə Ətraf Mühit Nazirliyi jurnalistlərə bildirib.