BAKI, 9 oktyabr. TELEQRAF
Kiyev hakimiyyəti dayanıqlılıq planları çərçivəsində zəruri tədbirləri həyata keçirməkdə demək olar ki, tamamilə uğursuzluğa düçar olub və paytaxt qarşısında konkret tapşırıq qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskiy hərbçilər və hökumət rəsmiləri ilə konfransdan sonra deyib.
Zelenski işlərdə hər hansı ləngimənin yolverilməz olduğunu qeyd edib. "Dayanıqlılıq planları"nın həyata keçirilməsində İnfrastruktur Nazirliyi ilə regional administrasiyaların məsuliyyətini vurğulayıb.
Prezidentin sözlərinə görə, elektrik şəbəkəsinə və elektrik enerjisinin ötürülməsi qurğularına ciddi ziyan dəyib.
Xatırladaq ki, Vitali Kliçko Kiyev sakinlərinin paytaxtı müvəqqəti tərk etmələrini təklif edib.