BAKI, 9 oktyabr. TELEQRAF

Niderland Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) mövqeyini dəstəklədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Niderlandın xarici işlər naziri Tom Berendsen ABŞ-nin sanksiyalarına cavabında bunu bildirib.

"Niderland Beynəlxalq Cinayət Məhkəməsini qətiyyətlə dəstəkləyəcək. Biz həm Roma Statutuna tərəf dövlət, həm də ev sahibi qismində Məhkəmənin düzgün fəaliyyətini təmin etmək üçün bütün səylərimizi davam etdirəcəyik", – deyə o, "X" platformasında yazıb.

18:40

Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ-nin Dövlət katibi Marko Rubioya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin amerikalıları mühakimə etməsinə imkan verməyəcək:

"Məhz buna görə də Birləşmiş Ştatlar bu gün Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir. Biz bu qanunsuz hərəkət edən məhkəmə ilə əməliyyatları qadağan edəcək, onun resurslarını kəsəcək və fəaliyyət göstərmək imkanını iflic edəcəyik", – deyə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.