BAKI, 9 oktyabr. TELEQRAF
Rusiyanın "Vnukovo", "Domodedovo" və "Jukovski" hava limanlarında müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
18:45
Moskvanın "Vnukovo" və "Şeremetyevo" hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Vnukovo və Şeremetyevo aeroportlarında hava gəmilərinin enişinə və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”, — deyə məlumatda bildirilir.
Qeyd edək ki, son 24 saat ərzində Moskva hava limanlarında 430-dan çox reys təxirə salınıb və ya ləğv edilib.