BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı bəzi sanksiyalarının qüvvəyə minməsini 180 gün müddətinə təxirə salıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin dərc etdiyi sənədlərdə məlumat verilir:

"ABŞ hakimiyyət orqanları 180 gün müddətinə "Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə bağlı, o cümlədən onun fəaliyyətinin təmin edilməsinə yönəlmiş müəyyən fəaliyyətlərə" icazə verən lisenziya təqdim edib. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məhbusların saxlanılması, həmçinin informasiya texnologiyaları xidmətləri ilə əlaqəli əməliyyatları sanksiyalardan azad edən lisenziyalar da verilib".

Bəyanatda qeyd olunur ki, bu təxirəsalma üzv dövlətlərə BCM-lə bağlı ABŞ-nin əsas narahatlıqlarını aradan qaldıracaq diplomatik və hüquqi həllərin tapılması istiqamətində əhəmiyyətli irəliləyiş nümayiş etdirmələri üçün vaxt vermək məqsədi daşıyır.