BAKI, 9 oktyabr. TELEQRAF

İnterpol 17 ölkədə əməliyyat keçirdib.

Teleqraf xəbər verir ki, Avropa və Mərkəzi Asiyada odlu silahların qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat nəticəsində 2823 ədəd kiçik və yüngül silah, 400-ə yaxın əl qumbarası və partlayıcı qurğu, həmçinin 40 000-dən çox döyüş sursatı ələ keçirilib.

İnterpolun koordinasiyası ilə 17 ölkədə həyata keçirilən "Trigger X" əməliyyatı münaqişə zonalarında silah toplanmasının qeyri-qanuni odlu silah ticarəti üçün yaratdığı uzunmüddətli nəticələri önə çıxardıb.

Ələ keçirilən qanunsuz silahların əhəmiyyətli bir hissəsi Balkanlar, Şərqi Avropa və Ermənistan da daxil olmaqla, keçmiş və ya hazırkı silahlı münaqişə zonaları ilə əlaqəlidir.