BAKI, 25 sentyabr. TELEQRAF
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə Talibanın hücumunun qarşısını alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, döyüş zamanı Pakistan hərbçiləri bir neçə əfqan döyüşçüsünü zərərsizləşdiriblər. Hadisə sərhəddə vəziyyətin növbəti dəfə gərginləşməsinə səbəb olub.
Xatırladaq ki, sentyabrın 23-də Pakistan hava məkanının Əfqanıstan dronları tərəfindən pozulduğunu açıqlayıb. Buna cavab olaraq İslamabad Əfqanıstan ərazisindəki 10 hədəfə zərbələr endirib. Əməliyyat nəticəsində 28 terrorçu məhv edilib.