BAKI, 26 avqust. TELEQRAF
31 iyul 2026-cı il tarixinə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979.9 milyon manat, cəmi öhdəlikləri 53 milyard 330.2 milyon manat, balans kapitalı 7 milyard 649.7 milyon manat təşkil edib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, iyulda bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0.1% artıb.
Bankların aktivlərinin 30 milyard 146 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 12,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,1 %-dən 49,4 %-ə çatıb.
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 274 milyon manat artaraq 32 milyard 95.3 milyon manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri – 54% (17 milyard 333 milyon manat), istehlak kreditləri – 31.3% (10 milyard 36.8 milyon manat), ipoteka kreditləri – 14.7% (4 milyard 725.5 miyon manat) paya malik olub.
Yanvar-iyulda sektor 858,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % çoxdur.
7 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 403 milyon manat (1 il əvvələ nisbətən 13,25 % çox), əməliyyat xərcləri 3 milyard 57,1 milyon manat (9,25 % çox), xüsusi ehtiyatlara ayırmaları 273,4 milyon manat (13 % çox), gözlənilməz xərcləri 0,3 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 213,4 milyon manat (28,8 % çox) təşkil edib.