BAKI, 26 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder İlon Maskı “Azadlıq” ordeni ilə təltif edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında bildirilib.
Volodimir Zelenskinin məsələ ilə əlaqədar imzaladığı fərmanda deyilir:
“İnsanların həyatının və azadlığının müdafiəsində göstərdiyi müstəsna şəxsi xidmətlərə, Ukrayna ilə Amerika Birləşmiş Ştatları xalqları arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qərara alıram: ABŞ vətəndaşı, sahibkar, mühəndis, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Azadlıq” ordeni ilə təltif edilsin”.