BAKI, 24 avqust. TELEQRAF
Qazaxıstanın ən böyük neft yatağında -"Tengiz" də hasilat 2027-ci ildə sabit səviyyəyə çata bilər. Bundan sonra isə hasilat azalmağa başlayaraq 2035-ci ilə qədər gündə təxminən 500 000 barelə düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə "ExxonMobil"in proqnozlarında deyilir.
Bildirilir ki, bu rəqəm, hasilatın pik səviyyəsi ilə müqayisədə təxminən 40%-lik azalmanı əks etdirir.
"KazMunayGas" (KMG) şirkətinin məlumatına görə, 2025-ci ildə T"engiz"dəki neft hasilatında KMG-nin payı 40,3% artaraq 7,802 milyon tona çatıb. Şirkət bu kəskin artımı "Gələcək İnkişaf Layihəsi"nin (Future Growth Project) başa çatdırılması və "Üçüncü Nəsil Zavod"un istismara verilməsi ilə əlaqələndirib.
"Bloomberg"in məlumatına görə, indi "ExxonMobil" yataqdakı hasilatın artıq gələn il sabit səviyyəyə (plato mərhələsinə) çatacağını gözləyir.
Sonradan istehsal trayektoriyası aşağıya doğru yönələ bilər. İstehsal səviyyəsini qoruyub saxlamaq üçün əsaslı yeni layihələr həyata keçirilmədiyi təqdirdə, 2035-ci ilə qədər hasilat gündə təxminən 500 000 barelə düşəcək.