BAKI, 25 avqust. TELEQRAF

Bu ilin yanvar-iyun ayları ərzində keçirilən 3489 elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib.

Teleqraf Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, açılışı baş tutan müsabiqələr üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib.

Müasir rəqəmsal həllər əsasında formalaşan elektron satınalma ekosistemi vaxt, resurs və vəsaitlərin daha səmərəli idarə olunmasına imkan yaradır.