BAKI, 25 avqust. TELEQRAF
Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna edilən dron hücumları səbəbindən Qazaxıstanın 2026-cı il üçün neft hasilatı hədəfi aşağı salınacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin yüksək vəzifəli rəsmisi Yerlan Akkenjenov mətbuat konfransında məlumat verib.
"Hücumlar səbəbindən neft hasilatı planı yenidən tənzimlənəcək. İlkin olaraq, biz ötən illə eyni həcmdə — 99,55 milyon ton — neft hasil etməyi və faktiki olaraq 100 milyon tonluq həddə çatmağı hədəfləmişdik. Hücumlar səbəbindən hasilat hədəfi 98 milyon tona endirildi. Hazırda is düzəliş edilmiş plan 96 milyon tondur".