BAKI, 25 avqust. TELEQRAF

Cənubi Koreya 28 ədəd K2 tankından ibarət ilk partiyanı Polşaya çatdırıb. Tanklar Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə yerləşən Polşa hərbi qüvvələrinə veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

Nazir bildirib ki, bu, 2025-ci ilin avqustunda imzalanmış müqavilə çərçivəsində göndərilən ilk partiyadır. Növbəti partiyalarda istehsalında Polşa müəssisələrinin də iştirak edəcəyi tanklar təhvil veriləcək.

2022-ci ilin iyulunda Polşa və Cənubi Koreya “Hyundai Rotem” korporasiyasının istehsalı olan təxminən 1000 ədəd K2 tankının tədarükü ilə bağlı saziş imzalayıb. Həmin ilin avqustunda 3 milyard dollardan çox dəyərində bir müqavilə də imzalanıb. “Hyundai Rotem” bu çərçivədə Polşaya ilk 180 ədəd K2 tankı tədarük edəcək.

Daha 180 tankın tədarükü ilə bağlı müqavilə də var, bu tankların bir hissəsi Polşada istehsal olunacaq.