BAKI, 25 avqust. TELEQRAF
İngilitərənin "Tottenhem” klubu Braziliya millisinin futbolçusu Savionu “Mançester Siti”dən transfer edib.
Teleqraf xəbər verir ki, bu barədə London klubu məlumat yayıb.
Bildirilib ki, “Tottenhem” 22 yaşlı futbolçu üçün ilkin olaraq 75 milyon funt sterlinq ödəyəcək. Bonuslarla birlikdə transferin ümumi məbləği 85 milyon funt sterlinqə çata bilər.
Savionun transferi “Mançester Siti” tarixində rekord satış olub. Bu göstəricidə əvvəlki rekord 2024-cü ilin yayında “Atletiko Madrid”ə 82 milyon funt sterlinqə keçən Xulian Alvaresə məxsus idi.