BAKI, 25 avqust. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Xatırladaq ki, Korrupsiyaya qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb. Həmçinin onun kiçik oğlu, parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində, eləcə də ailəyə məxsus şirkətlərdə axtarışlar aparılıb.