BAKI, 25 avqust. TELEQRAF

Ermənistan parlamentinin sədri Ruben Rubinyan sabiq prezident Robert Köçəryanın saxlanılması və Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamlarla bağlı danışıb.

Teleqraf xəbər verir ki, spiker Ermənistanın keçmiş prezidentini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək varlanmaqda ittiham edib.

“Liderinizin ailəsinin 40 milyon dramlıq bir ərazini başqa bir ərazi ilə dəyişdirərək əldə etməsinin türklə, qisasçılıqla, Ktriç Nersisyanla (katolikos II Qaregin – red.) nə əlaqəsi var? “Ermənistan” fraksiyası bunu necə izah edə bilər? Ümumiyyətlə, milli dəyərləri liderinizin oğurluğuna qalxan etməkdən heç yorulmamısınız? Əgər dürüstsünüzsə, gəlin deyin, həmin 1 milyard 700 milyon dram necə əldə edilib. Bəli, ədalət sizin kimilərdən xalqın qisasıdır”, - Rubinyan qeyd edib.

Parlamentin sədri vurğulayıb ki, Robert Köçəryandan və digər korrupsionerlərdən qisas alacaqlar: “Hamınızdan bir-bir qisas alacağıq”.