XOCAVƏND, 25 avqust. TELEQRAF
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Teleqraf-ın Qarabağ Bürosunun xəbərinə görə, Xocavənd rayonunun üç yaşayış məntəqəsinə – Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə yola salınan 43 ailə, ümumilikdə 191 nəfər doğma yurda qayıdıb.
Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
***
12:10
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonuna növbəti köç karvanları yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 43 ailə – 191 nəfər köçürülüb.
Xocavənd şəhərinə 19 ailə – 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə – 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə – 61 nəfər yola salınıb.
Doğma yurda qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Sakinlər doğma torpaqlarına qayıtdıqları üçün sevinc hisslərini bölüşüb, göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Onlar, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyiblər.