BAKI, 25 avqust. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubu Braziliyanın “Palmeyras” komandasının hücumçusu Allan Eliası transfer etməyə yaxındır.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, klublar 22 yaşlı futbolçunun transferi ilə bağlı 37,5 milyon avro məbləğində razılığa gəliblər.

Razılaşmaya əsasən, daha 2,5 milyon avro bonusların ödənilməsi də nəzərdə tutulur.

Bununla belə, “Mançester Siti” braziliyalı futbolçunun müqaviləsinin müddəti ilə bağlı danışıqları hələ davam etdirir.

Allan Eliasın “Mançester Siti”də Savinyonu əvəz edəcəyi gözlənilir. İngiltərə təmsilçisində çıxış edən Savinyonun 93,3 milyon avro müqabilində digər İngiltərə klubu “Tottenhem”ə keçməyə yaxın olduğu bildirilir.