BAKI, 25 avqust. TELEQRAF
İtaliya A Seriyası təmsilçilərindən "Atalanta" ya məxsus mərkəz müdafiəçisi Honest Ahanor İngiltərə Premyer Liqa klublarından "Çelsi"yə transfer olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddialarına görə, Londonun "Çelsi" klubu 18 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır .
"Atalanta" bu yay Ahanor üçün iki təklifi rədd edib.
Qeyd edək ki, müdafiəçi ötən yaydan bəri "Atalanta" da oynayır. Ahanorun İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Onun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.